Ukrayna və Polşa birgə təşəbbüslə çıxış ediblər və buna əsasən, ölkələr arasında sərhəddə vahid nəzarət-buraxılış məntəqələri işə salınacaq.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Telegram-da bildirib.
Onun sözlərinə görə, indi hökumətin vəzifəsi Aİ ölkələri ilə ümumi gömrük və sərhəd nəzarətini tətbiq etməkdir.
"Yəni, hər iki dövlətin nümayəndələrinin işləyəcəyi bir nəzarət-buraxılış məntəqəsi olacaq. Bu, Avropa məkanına daha geniş inteqrasiyaya nail olacaq, logistikanı sürətləndirəcək və korrupsiyanı minimuma endirəcək. Biz Polşa-Ukrayna sərhədində pilot layihə həyata keçiririk". Nazirlər Kabinetinin rəhbəri bildirib.
O, Ukraynanın belə bir təşəbbüsü Rumıniya ilə sərhəddə də həyata keçirmək istədiyinə aydınlıq gətirib. Artıq müvafiq təklif Rumıniya tərəfinə göndərilib.
QAZİLER.AZ