Azərbaycanın Ukraynadakı səfirliyi Odessa vilayətində, o cümlədən yaxın ərazilərdə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə qurumun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Bildirilib ki, cari ilin 9 sentyabr tarixində səfirliyin konsulluq şöbəsi tərəfindən Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Ünvan: Puşkinskaya küçəsi 54, “Azərbaycan evi”.
Qəbul vaxtı: 09:30-dan 13:30-dək.
Əlaqə telefonu: +380 99 408 99 43
 
                                                
                     
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
