Türkiyədə məktəbli formaları ilə bağlı qərar: Valideynləri xərcə salmayın!

Türkiyədə məktəbli formaları ilə bağlı qərar:  Valideynləri xərcə salmayın! backend

Türkiyə Milli Təhsil Nazirliyinin (MEB) 2023-2024-cü tədris ili ilə bağlı 81 əyalətə göndərdiyi məktubda valideynlərə maddi yük yaratmamaq üçün məktəbli formalarının dəyişdirilməyəcəyi bildirilib.

Qaziler.az DHA-ya istinadla xəbər verir ki, buna səbəb ölkədə inflyasiya ilə yanaşı qiymət artımıyla mübarizədə dövlət sektorunda qənaət dövrünün başlamasıdır.

Belə ki, Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək dövlət qurumlarına göndərdiyi tapşırıqda qənaət qaydalarına əməl edilməsi və bütün xərclərin nəzərdən keçirilməsinə riayət edilməsi istənilib.

Məktubda məktəblərdə piylənmə və rəqəmsal asılılıqla mübarizə aparılacağı, şagirdlərə dərsə getməzdən əvvəl mədəni və fiziki məşqlər ediləcəyi, valideynlərə maddi yük yaratmamaq üçün məktəbli formalarının dəyişdirilməyəcəyi bildirilib.

Yeni tədris ilində əsas hədəflər məktəb mühitinin və öyrənmə proseslərinin yaxşılaşdırılması, şagirdlərin akademik və peşə maraqlarına uyğun təhsil almalarının təmin edilməsi, onların bədən, zehin, əxlaq, ruh və duyğu baxımından balanslı və sağlam şəkildə böyüməsini təmin etmək olacaq.

QAZİLER.AZ

Diaspora