Rusiya Federasiyasının hərbi rəhbərliyi sıravi rus hərbçilərini qorxudaraq, heç bir halda Ukrayna əsirliyinə düşməməyə çağırır.
Qaziler.az bildirir ki, bu barədəUkrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov telemarafonun efirində məlumat verib.
“Lakin buna baxmayaraq, onlar (ruslar - red.) təslim olur və ukraynalı müdafiəçilər işğalçıları ələ keçirərək mübadilə fondunu artırırlar”, - Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi qeyd edib.
Yusov Rusiyanın müdafiə naziri Sergey Şoyqunun indi “xüsusi hərbi əməliyyat”ın əsas vəzifələrindən birinin Ukraynadakı rus hərbi əsirlərin qaytarılması olduğu barədə bəyanatının da çox maraqlı olduğunu deyib.
QAZİLER.AZ