Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu - YENİLƏNİB

Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu - YENİLƏNİB backend

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkədə hiss olunan zəlzələ barədə açıqlama verib.

Xidmət Mərkəzinin İnformasiya Şöbəsinin müdiri Vüsalə Rafiqqızı Oxu.Az-a bildirib ki, zəlzələ Ermənistan ərazisində olub və Azərbaycanın bir neçə rayonunda hiss edilib:

“Zəlzələnin maqnitudası 4,1 olub, ocağı altı kilometr dərinlikdə yerləşib”.

O qeyd edib ki, zəlzələ Tovuz, Gədəbəy və digər həmsərhəd rayonlarda hiss olunub.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Tovuz stansiyasından 39 km cənub-qərbdə, Ermənistan ərazisində qeydə alınan zəlzələ Azərbaycanın sərhəd rayonlarında üç bala qədər hiss olunub.

14:09

Bu gün Azərbaycanda zəlzələ qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, zəlzələ günorta saatlarında baş verib.

Belə ki, zəlzələ Ermənistanla sərhəd bölgədə olub.

Yeraltı təkanlar Gədəbəy və digər rayonlarda hiss edilib.

Diaspora