Ukrayna Müdafiə Nazirliyi ölkədə hərbi polis yaratmaq planını açıqlayıb.
Qaziler.az bildirir ki, Ukrayna Müdafiə Nazirliyi hərbi polis yaratmaq niyyətindədir, bu barədə agentlik avqustun 21-də özünün Telegram kanalında məlumat yayıb.
"Müdafiə Nazirliyinin Hərbi Ədliyyə Baş İdarəsi Ukrayna Hərbi Polisi haqqında qanun layihəsinin hazırlanmasında fəal iştirak edir", - məlumatda deyilir.
Qurum digər işlərlə yanaşı, cəbhəboyu zonada da daxil olmaqla törədilmiş hərbi cinayətlərin ibtidai istintaqını aparacaq.
Yeni idarənin yaradılmasında məqsəd Ukrayna ordusunun, Müdafiə Nazirliyinin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin hərbi qulluqçuları arasında hərbi intizamı qorumaq idi.
Hazırda qanun layihəsi təsdiqlənmə prosesindən keçir.
QAZİLER.AZ