Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Rafiq Hacıqulu oğlu Əliyev Zaporojye istiqamətində həlak olub.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb.
Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir.
R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.