Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Qaziler.az bildirir ki, bu barədə avqustun 17-də Kremlin mətbuat xidməti məlumat yayıb.
“Hər iki tərəf Rusiya-İran münasibətlərinin əldə edilmiş yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Ticarət, enerji, nəqliyyat, logistika və ekologiya sahələrində ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyəti təsdiqlənib", - deyə məlumatda qeyd olunur.
Putin və Rəisi beynəlxalq və regional məsələlərdə əməkdaşlığın genişləndirilməsini, o cümlədən İranın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzv kimi iştirakını, eləcə də BRİKS fəaliyyətlərinə qoşulmaqda marağını nəzərə alaraq müzakirə ediblər.
Rusiya prezidenti həmçinin avqustun 13-də Şiraz şəhərinin məscidində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
QAZİLER.AZ