Qəza törədən qadın ağrılarını unudub qızına doğru qaçdı - VİDEO

Qəza törədən qadın ağrılarını unudub qızına doğru qaçdı -  VİDEO backend

Hərəkət edərkən qəfildən qarşısına çıxan avtomobilin vurduğu nəqliyyat vasitəsi çevrilib.

Qadın sürücü qəzanı unudub və yaralı kiçik qızının köməyinə qaçıb. Həmin anlar təhlükəsizlik kamerasına düşüb.

Hadisə Türkiyənin Bursa şəhərində olub. 

Aşan avtomobilin yan oturacağında əyləşən kiçik qız refleksli şəkildə özünü bayıra atıb.

Qızın dizlərindən yaralandığını görən anası qəzanı unudub və  qızını qucağına alıb.

Qəzaya uğrayan maşının sürücüsü və qızı xəstəxanaya yerləşdirilib.

Xoşbəxtlikdən səkidə heç kimin olmaması böyük fəlakətin qarşısını alıb. Həmin anlar anbaan təhlükəsizlik kamerasına əks olunub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Sürücünün və yanındakı uşağın səhhətinin yaxşı olduğu bildirilib.

QAZİLER.AZ

Diaspora