"Quran"ı yandırdığına görə həbs edilən şəxs Kadırovun oğlunun onu döydüyünü deyir

"Quran"ı yandırdığına görə həbs edilən şəxs Kadırovun oğlunun onu döydüyünü deyir backend

Volqoqradda Quranı yandırmaqda ittiham edilərək həbs edilən Nikita Juravel bildirib ki, onu istintaq təcridxanasında Çeçenistan rəhbəri Adam Kadırovun oğlu döyüb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkova Telegram kanalında məlumat verib.

“Mən Qroznıdakı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən Nikita Juraveldən müraciət almışam. O, iddia edir ki, istintaq təcridxanasına baş çəkərkən Çeçenistan Respublikasının başçısının oğlu Adam Kadırov tərəfindən döyülüb.

Ombudsmanın sözlərinə görə, o, Çeçenistandan olan həmkarı Mansur Soltayevə bu şikayətin araşdırılmasını, habelə döyülmə faktlarının tibbi ekspertizasına və şahidlərin ifadələrinə diqqət yetirilməsi xahişi ilə müraciət edib.

QAZİLER.AZ

Diaspora