Hatayda havanın temperaturu rekord qırdı: 50 dərəcə

Hatayda havanın temperaturu rekord qırdı:  50 dərəcə backend

Türkiyənin Hatay vilayətində yaşanan isti havalar iqlim normasından yüksək olub.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ölkənin meteorologiya xidmətinin verdiyi məlumata görə, Hatayın Hassa rayonunda havanın istiliyi 50 dərəcəyə yüksəlib. Bununla da Türkiyə tarixində temperatur rekordu qırılıb.

Beləliklə, Hatayda Türkiyənin temperatur rekordu qırılıb.

Hassanı 48,5 ilə Şanlıurfanın Siverek rayonu, 48,4 ilə Adananın Kozan rayonu və 47,9 ilə Mardinin Nusaybin rayonları izləyib.

Əvvəlki rekord 20 iyul 2021-ci ildə Şırnakın Cizre rayonunda 49,1 dərəcə ilə qeydə alınıb.

Mütəxəssislər yaxın günlərdə havanın temperaturunun daha da artacağından narahatdırlar.

QAZİLER.AZ

Diaspora