İstanbulda bir qrup işçi tətilə hazırlaşır. Bu dəfə ayağa qalxan zibil daşıyan işçilərdir.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə rəhbərliyindəki İSTAÇ ilə Hak-İş Konfederasiyasına bağlı Xizmət İş Birliyi arasında razılaşma əldə olunmasa da, 25 min lirədən aşağı maaş qəbul etməyən 5500 zibil daşıyıcısı tətilə hazırlaşır.
Belə ki, Hak-İş Konfederasiyasına bağlı Xidmət İş İttifaqı ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı İSTAÇ arasında bağlanan kollektiv müqavilələrdə fikir ayrılığı yaranıb.
“Hak-İş”in sədri Mahmud Arslan İBB rəhbərliyinin DİSK ilə bağlanan kollektiv müqavilənin şərtlərini onlara təklif etdiklərini, lakin bu şərtləri qəbul etmədiklərini bildirib.
“25 min lirənin altında bir kollektiv müqavilənin bizim üçün davamlı olmadığını söylədik. Bu məsələ ilə bağlı fikir ayrılığı davam edir. Yaxın günlərdə vasitəçinin hesabatı gələcək, ondan sonra bir həftə ərzində tətil qərarı verməliyik. Tətil qərarına doğru gedirik”, - bu ifadələri Mahmud Arslan işlədib.
Arslan həmçinin vurğulayıb ki, tətil zamanı rayonlardan gələn zibillər transfer bölgələrdə qalacaq, həmin yerlərdə zibil qalaqları olduqda rayonlarda zibillər ya yığılmayacaq, ya da yığılsa da boşaldılmayacaq.
QAZİLER.AZ