Türkiyə taxıl sazişini əvvəlki formatda bərpa etmək üçün fəal səy göstərir və Ukraynadan taxıl ixracı üçün alternativ variantları dəstəkləmir.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri yazıb və qeyd olunub ki, ölkə alternativ marşrutların yaradılması təkliflərini alqışlamır.
Həmçinin bildirilib ki, Ankarada mövcud taxıl dəhlizinin fəaliyyətini bərpa etmək ümidi ilə BMT, Rusiya və Ukrayna nümayəndələri ilə diplomatik təmaslar davam edir. Ankaranın mövqeyi ondan ibarətdir ki, taxıl sazişinin bərpası onun əsas missiyasının həyata keçirilməsinə töhfə verəcək və Qara dəniz hövzəsində gərginliyi azaldacaq.
Qeyd edək ki, avqustun 5-də Ukrayna və Türkiyənin xarici işlər nazirləri Dmitri Kuleba və Hakan Fidan arasında reallaşan telefon danışığında taxıl sazişinin bərpası istiqamətində addımlar müzakirə edilib.