Jirinovskinin nikahdankənar oğlu məhkəməyə müraciət edib

Jirinovskinin nikahdankənar oğlu məhkəməyə müraciət edib backend

Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Eydelşteyn məhkəməyə müraciət edərək irsi hüquqlardan istifadə etmək üçün atalıq faktının tanınmasını xahiş edir.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Moskvanın Nikulinski Rayon Məhkəməsi məlumat yayıb.

"İddiaçı Edelşteyn Oleq Vladimiroviç vərəsəlik hüquqlarını həyata keçirmək üçün Jirinovski Vladimir Volfoviçin atalıq faktının müəyyən edilməsini xahiş edir", - TASS qurumun mesajına istinadən yazır.

İddia federal hakim Yuliya Qolyaninanın təkbaşına baxılması üçün təqdim edilməsindən bir gün əvvəl avqustun 2-də qeydə alınıb.

QAZİLER.AZ

Diaspora