20 metr hündürlükdən yıxıldı: Körpü uçdu - ölən və yaralananlar var - FOTO

20 metr hündürlükdən yıxıldı: Körpü uçdu - ölən və yaralananlar var - FOTO backend

Zakarpatiyedə Kvası kəndində körpünün uçması nəticəsində Kiyev vilayətindən olan bir turist ölüb, daha ikisi yaralanıb. Qadınlar 20 metr hündürlükdən yıxılıblar.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.

Belə ki, avqustun 3-də saat 22:00-da Xilasetmə Xidmətinə 3 qadının piyadalar üçün asma körpüdən Çernaya Tisa çayına düşməsi barədə məlumat daxil olub. Hadisə Raxovski rayonunun Kvası kəndində baş verib.

Hadisə yerinə gələn xilasedicilər müəyyən ediblər ki, körpünün taxta üzlüyünün qismən dağılması nəticəsində orada istirahətdə olan Kiyev vilayətinin sakinləri olan 3 qadın 20 metr hündürlükdən çaya düşüb.

"Təəssüf ki, həkimlərin səyinə baxmayaraq, 54 yaşlı zərərçəkən təcili tibbi yardım maşınında dünyasını dəyişib", - məlumatda deyilir.

QAZİLER.AZ

Diaspora