Türkiyə XİN: PKK fəaliyyət göstərdiyi hər bir ölkənin təhlükəsizliyinə təhdiddir

Türkiyə XİN: PKK fəaliyyət göstərdiyi hər bir ölkənin təhlükəsizliyinə təhdiddir backend

Türkiyə PKK terror təşkilatına bağlı şəxslərin Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) binasına zorla daxil olaraq təşkilatın simvolları ilə terror təbliğatı aparmaq cəhdini qəbuledilməz hesab edir.

Apa-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Qeyd olunub ki, Avropada PKK-ya bağlı qruplaşmalar müxtəlif beynəlxalq təşkilatların binalarına daxil olaraq zorakılıq tətbiq etməyə və terror təbliğatı aparmağa cəsarət edir.

“PKK-nın Avropa ölkələrində ifadə və sərbəst toplaşma azadlığı adı altında öz fəaliyyətini, o cümlədən təbliğatını sərbəst şəkildə həyata keçirməsinə icazə verilməsi təşkilatı bu cür qanunsuz və təcavüzkar hərəkətlərə sövq edir. Bu təcavüzkar hərəkət bir daha göstərdi ki, PKK fəaliyyət göstərdiyi hər bir ölkənin ictimai asayişinə və təhlükəsizliyinə təhlükə yaradır. Bu kontekstdə PKK terror təşkilatının Avropada təbliğat, maliyyələşdirmə və yeni üzvlərin cəlb etmə fəaliyyətlərinə son qoymağa çağırışımızı bir daha təkrar edirik”, - deyə Türkiyə XİN-dən bildirilib.

Diaspora