Türkiyədə ordu rəhbərliyində dəyişikliklər olub - YENİLƏNİB

Türkiyədə ordu rəhbərliyində dəyişikliklər olub -  YENİLƏNİB backend

Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Ali Hərbi Şurasının iclasında ölkənin hərbi rəhbərliyindəki yeni təyinatlar açıqlanıb.

Dövlət başçısı şuranın müvafiq qərarlarını imzalayıb.

Qərara əsasən, 2-ci Ordunun komandanı, ordu generalı Metin Gürakın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi ilə yanaşı, Quru Qoşunlarının komandanı postu general Səlcuq Bayraktaroğluna, Hərbi Hava Qüvvələrinə rəhbərlik isə general Ziya Cemal Kadıoğluna tapşırılıb.

Bundan əlavə, Ali Hərbi Şuranın qərarı ilə 32 general və admiralın rütbəsi artırılıb, 63 polkovnik general və admiral rütbələri alıb.

Ali Hərbi Şuradan verilən açıqlamaya görə, Türkiyə Silahlı Qüvvələrində general və admiralların sayı 266 nəfərdən 286 nəfərə yüksəlib.

Qeyd edək ki, Türkiyə Ali Hərbi Şurasının toplantısı Ankaradakı Prezident iqamətgahında mətbuata qapalı keçirilib və üç saata yaxın davam edib.

Mənbə: Anadolu

17:26

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.

Bu barədə qərar Türkiyə Ali Hərbi Şurasının (YAŞ) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Bildirilib ki, bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. (oxu.az)

Mənbə: NTV

Diaspora