Türkiyənin Malatya və Muğla vilayətlərində zəlzələ baş verib.
Məlumata görə, Malatya vilayətində 4,3 bal gücündə olan zəlzələ yerli vaxtla 07:56-da (Bakı vaxtı ilə 08:56 - red.) olub. Zəlzələnin dərinliyi 7,04 kilometr olaraq ölçülüb.
Muğlanın Datça rayonu sahillərindəki zəlzələ isə 4,3 bal gücündə olub.
Zəlzələ saat 05:18-də (Bakı vaxtı ilə 06:18 - red.) Aralıq dənizi sahillərində, 4,3 bal gücündə qeydə alınıb.
6,94 kilometr dərinlikdə olan zəlzələ mərkəzinin Muğladan 224 kilometr uzaqlıqda olduğu müəyyən edilib.
Mənbə: Haber Global