Naməlum şəxs İsveçin Türkiyədəki konsulluğuna hücum edib, bir işçi yaralanıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Türkiyənin İzmir şəhərindəki İsveç konsulluğuna hücum nəticəsində diplomatik nümayəndəliyin əməkdaşı, Türkiyə vətəndaşı ağır yaralanıb. Bu barədə avqustun 1-də Mynet portalı məlumat yayıb.
İnternet nəşrinin məlumatına görə, hücum edən şəxsin Suriya vətəndaşlığı olub. Silahlı hücuma səbəb viza almaqda yaranan problemlər olub.
QAZİLER.AZ