İran 7563 əfqan mühaciri öz ölkəsinə göndərir

İran 7563 əfqan mühaciri öz ölkəsinə göndərir backend

İran hakimiyyəti son həftədə 7500-dən çox əfqan mühacirin deportasiya olunaraq ölkələrinə göndərildiyini açıqlayıb.

Qaziler.az bildirir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xorasan Rəzəvi Əyaləti Polis Xidmətinin rəisi Məcid Şoca bildirib ki, son bir həftə ərzində sərhədçilər və polis qrupları tərəfindən müəyyən edilən 7563 qeyri-qanuni əfqan mühacir deportasiya edilib.

İran rəsmisi bildirib ki, əfqanlar Doğarun Sərhəd Qapısı vasitəsilə ölkələrinə göndərilib.

İran iyulun 13-də bildirib ki, son 10 gündə təxminən 18 min qeyri-qanuni əfqan mühaciri deportasiya edilib.

QAZİLER.AZ

Diaspora