Ukrayna əsgəri Rusiyanın hücumu zamanı torpaq altında qaldı

Ukrayna əsgəri Rusiyanın hücumu zamanı torpaq altında qaldı backend

Rusiya artilleriya bölmələrinin hücumu nəticəsində torpaq altında qalan əsgərin fotosunu dostu çəkib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya ilə savaşmağa davam etdirən Ukraynanın mövqelərindən yeni görüntü yayılıb.

Öz ərazilərində rus qoşunlarını dəf etməyə çalışan ukraynalı əsgərlər əlləri tətikdə cəbhə xəttində gözləyirlər.

Rus əsgərlərinin hücumundan sonra Ukrayna mövqeyində torpaq altda qalan əsgər görüntülənib.

Sözügedən əsgər artilleriya hücumundan sonra torpaq altda qalıb. Həmin anlar sosial şəbəkədə paylaşılıb.

Döyüş mövqeyində dostu fotosunu çəkdiyi əsgər torpaq altından çıxarılıb.

Diqqət çəkən məqam isə danışan əsgərin bir müddət sonra gülməyə başlaması olub.

QAZİLER.AZ

Diaspora