Rusiyanın Krivoy Roqa raket zərbəsi nəticəsində ölənlərin və yaralananların sayı artdı - FOTO - VİDEO - YENİLƏNİB

Rusiyanın Krivoy Roqa raket zərbəsi nəticəsində ölənlərin və yaralananların sayı artdı - FOTO - VİDEO - YENİLƏNİB backend

Ukraynanın Krivoy Roq şəhərinə Rusiya hərbçilərinin  raket hücumu nəticəsində xəsarət alanlarının sayı artıq 53-ə yüksəlib. Qurbanların sayı hələ də dəyişməyib - raket hücumu nəticəsində 4 nəfər ölüb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun telemarafonun efirində verdiyi açıqlamaya istinadən xəbər verir.

 

12.27

İyulun 31-də Krivoy Roqun atəşə tutulması nəticəsində 31 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.

Bu barədə RBC-Ukrayna Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın Teleqramına istinadən xəbər verir.

"İki ölü ... Və daha 31 yaralı. Kəsiklər, sınıqlar və mina partlayışı xəsarətləri ilə..." deyə Lısakin bildirib.

Lısak əlavə edib ki, 4 uşaq yaralanıb.

"İndi Krivoy Roqa Rusiyanın endirdiyi zərbənin nəticələri bunlardır. İnsanların əksəriyyətinin vəziyyəti qənaətbəxşdir. İkisi ağır yaralıdır", - hərbi administrasiya rəhbəri əlavə edib.

Xatırladaq ki, Rusiya hərbçilərinin  Ukraynanın Dnepropetrovski vilayətinin Krivoy Roq şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 2 nəfər həyatını itirib, onlarla yaralı var. Dağıntılar altından insanların çıxarılması davam edir. 

QAZİLER.AZ 

Diaspora