Gürcüstan prezidenti Zurabişvili Soçidən Batumiyə laynerin gəlməsini təxribat hesab edib.
Qaziler.az bildirir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Astoria Grande laynerinin Soçidən Batumiyə gəlməsini Rusiyanın təxribatı adlandırıb. Bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb.
“Mən Rusiyanın son təxribatına - Rusiya kruiz gəmisinin Gürcüstanın Batumi limanına səfərinə dinc şəkildə etiraz edən xalqımızla fəxr edirəm”, - Zurabişvili bildirib.
Gürcüstan ərəfəsində Rusiyadan gələn layner önündə etiraz aksiyası keçirib. Buna baxmayaraq, Astoria Grande layneri ilə gələn 800-ə yaxın rusiyalı turist Qara dənizdəki kurort şəhərciyi və onun ekskursiya obyektlərini ziyarət edə bilib.
Layner qrafikə uyğun olaraq Batumi limanını tərk edərək marşrut üzrə daha da irəliləyib. Bu barədə kruizi təşkil edən Türkiyənin “Miray Cruises” şirkətinin mətbuat xidmətindən bildirilib.
İyulun 27-də Gürcüstanda Rusiya vətəndaşlarının olduğu gəmi ilə bağlı qalmaqal yaranıb.
QAZİLER.AZ