Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığındakı ərazini necə azad edir? - VİDEO

Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığındakı ərazini necə azad edir? - VİDEO backend

Rusiya hərbçilərinin  Ukrayna Silahlı Qüvvələrinin mövqelərini artilleriya ilə sıx şəkildə əhatə etməsinə baxmayaraq Ukraynanın hücum təyyarələri Baxmut istiqamətində uğurlu əməliyyat keçirərək bir kilometrdən çox ərazini azad edib. 

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına istinadən xəbər verir.

“Əməliyyat zamanı Ukraynanın 1200 metr ərazisi azad edilib, düşmən ordusunun 83-cü briqadasının 8  əsgəri əsir götürülüb”, - məlumatda deyilir.

Ukraynalı hərbçilərin bildirdiyinə görə, Rusiya hərbçiləri əks-hücuma keçməyə çalışsalar da bu, uğursuz olub: şəxsi heyətin bir hissəsi qaçıb, qalanları məhv edilib.

QAZİLER.AZ

Diaspora