Ukraynalı müdafiəçilər Donetsk vilayətinin qərbindəki Staromayorskoye kəndini azad ediblər. Həmçinin, Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında hücum əməliyyatlarını davam etdirir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalev telemarafonun efirində deyib.
O qeyd edib ki, Müdafiə Qüvvələri cəbhənin üç istiqamətində - Baxmut, Melitopol və Berdyansk istiqamətində hücum əməliyyatlarını davam etdirir.
Onun sözlərinə görə, rus işğalçıları Donetsk vilayətinin Rivnopol və Makarovka ərazilərində itirilmiş mövqelərini bərpa etməyə çalışsalar da, heç bir nəticəsi olmayıb. Həmçinin işğalçılar güclü müqavimət göstərir, bölmələri hərəkətə gətirir və ehtiyatlardan fəal istifadə edirlər.
QAZİLER.AZ