Türkiyədə II Əbdülhəmid tərəfindən 134 il əvvəl çəkilən neft xəritəsi gerçək çıxdı - FOTO

Türkiyədə II Əbdülhəmid tərəfindən 134 il əvvəl çəkilən neft xəritəsi gerçək çıxdı - FOTO backend

Türkiyə son illər enerji sahəsində yeni kəşflərlə gündəmdədir. Yatırılan sərmayələrlə ölkənin hər tərəfi - qurusu və dənizi hərtərəfli araşdırılır.

Bu çərçivədə Şırnak Türkiyənin ən əhəmiyyətli neft yataqlarının bazası olmaq üçün möhkəm addımlar atır.

Bir müddət əvvəl Qabarda, daha sonra Cudi dağında aşkar edilən milyardlarla dollarlıq neft ehtiyatlarından sonra bölgədəki Bestler Dərələr, Feraşin, Kato və digər nöqtələrə də diqqət edilib.

Beytüşşebap rayonundakı Kato dağı və Feraşin bölgəsində axtarışlar davam edərkən Bestler Dərələr bölgəsində seysmik tədqiqatların aparıldığı öyrənilib.

1889-1901-ci illər arasında Osmanlı İmperiyasının 34-cü sultanı II Əbdülhəmidin başlatdığı neft kəşfiyyatı zamanı Şırnak bölgəsi də daxil olmaqla 65 neft nöqtəsinin xəritəsi yaradılmışdır. II Əbdülhəmidin təşəbbüsü ilə hazırlanan neft xəritəsi TPAO-nun bu gün kəşfiyyat apardığı əraziləri göstərir.

İkinci Şırnak Universitetində Mədən Mühəndisiliyi üzrə Dosent Dr. Öykü Bilgin tapılan xəritə ilə bağlı bunları deyib:

“Osmanlı İmperiyasının 34-cü sultanı ikinci Əbdülhəmid tərəfindən 1889-cu ildə Aralıq dənizində neft qazının olduğu müəyyən edildikdən sonra o, yenidən yeni araşdırmalar başlatmş və bu işlərdə xarici və türk mühəndislər iştirak etmişdir. Bu araşdırmalar nəticəsində də birxəritə yaradılmışdır.

Xəritədə əksəriyyəti İraq bölgəsinə aid olan 65 nöqtə müəyyən edilib. Ancaq Türkiyənin İraqla sərhədindən başlayaraq Cizrə, Şırnak, Mardin, Diyarbəkir, Bitlis və Hakkari ətrafında da neft ehtiyatlarının olduğu bildirilir”.

QAZİLER.AZ

Diaspora