İzmirdə son 85 ilin rekord temperaturu yaşanıb

İzmirdə son 85 ilin rekord temperaturu yaşanıb backend

Bütün dünyada hava temperaturunun yüksək olduğu günlərdə Türkiyədə ilk yaşanıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, İzmirdə temperatur rekordu qırılıb. Bölgədə termometrlər 43,2 dərəcəni göstərib.

Ege bölgəsində havanın istiliyi dünən saat 15:10-dan etibarən İzmirdə 43,2, Manisada 41,6, Dənizlidə 40,4 dərəcə olaraq ölçülüb.

12 avqust 2002-ci ildə temperaturun 43 dərəcə olduğu İzmirdə bu il ilk yaşanıb. Belə ki, 85 ildən sonra bölgədə daha yüksək temperatur – 43,2 dərəcə qeydə alınıb.

43,2 dərəcə və 26.07.2023 tarixi İzmirin rekordlar kitabına yazılıb.

QAZİLER.AZ

Diaspora