Zooparkda ayı qadına və azyaşlı qızına hücum etdi

Zooparkda ayı qadına və azyaşlı qızına hücum etdi backend

Hadisə Rusiyanın tula vilayətində baş verib.

Qaziler.az bildirir ki, Tula vilayətinin Aleksin şəhərində zooparkdan olan ayı qadına və onun azyaşlı qızına hücum edib. Bu barədə regional İstintaq Komitəsi (İK) öz saytında məlumat yayıb.

Agentliyin məlumatına görə, 27 yaşlı rusiyalı qadın zooparkda olarkən uşaqla birlikdə yırtıcıların olduğu, qoruyucu hasarla təchiz olunmayan əraziyə yaxınlaşıb. Nəticədə içəridəki ayı pəncəsini barmaqlıqlardan keçirərək qadını və qızını vurub. 

Qadın və qızı xəstəxanaya çatdırılıb.

QAZİLER.AZ

Diaspora