Ukraynaya artıq Rusiya ərazisində toplanmış “Şahedlər” hücum edir - Qumenyuk

Ukraynaya artıq Rusiya ərazisində toplanmış “Şahedlər”  hücum edir - Qumenyuk backend

Moskva artıq Ukraynaya qarşı hücumlar üçün Rusiyada yığılmış İran “Şahidlərindən” istifadə etməyə başlayıb. Bunu kamikadze dronların üzərindəki işarələr sübut edir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna telemarafon zamanı Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyukun açıqlamasına istinadən xəbər verir.

“Son hücumlardan sonra tapılan o "Şahed"lərin qalıqlarının artıq, məsələn, kiril əlifbası ilə işarələnməsi faktı göstərir ki, onların istehsalı artıq Rusiyadır”.

Qumenyukun qeyd etdiyi kimi, ruslar əksər hallarda Azov dənizinin şərq sahilindən "Şahedlər" buraxırlar. Amma onların Krım yarımadasından buraxılması halları da olub.

QAZİLER.AZ

 

Diaspora