Türkiyənin İpsala rayonunda Yunanıstana getməyə hazırlaşan yük maşınının qoşqusunda gizlənən 4 qaçqının hava çatışmazlığı səbəbindən həyatını itirdiyi açıqlanıb.
Qaziler.az bildirir ki, Ədirnədə yük maşınının qoşqusuna minən qeyri-qanuni yollarla xaricə getmək istəyən 4 qaçqın həyatını itirib.
İzmirdən Yunanıstanın Saloniki şəhərinə yük daşıyan M.B İpsala TIR parkına çatarkən idarə etdiyi yük maşınının qoşqusundan səslər eşidib.
AA-da yer alan xəbərə görə, qoşqunu açan sürücü içəridə hərəkətsiz vəziyyətdə qalan 4 nəfər görüb. Sürücünün xəbəri ilə hadisə yerinə polis və tibb qrupları sövq edilib. Bölgəyə gələn 112 Təcili Sağlamlıq qrupları qaçqınlardan ikisinin həyatını itirdiyini təyin edib.
Keşan və İpsala dövlət xəstəxanalarına aparılan digər iki nəfəri müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Sürücünün polis bölməsindəki ifadəsində Geliboluda dayanaraq fasilə verdiyi və miqrantların burada qoşquya minmiş ola biləcəyi ehtimal edilib.
QAZİLER.AZ