Ruslar Odessa vilayətində taxıl terminalını atəşə tutub, xəsarət alanlar var

Ruslar Odessa vilayətində taxıl terminalını atəşə tutub, xəsarət alanlar var backend

Rusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı gecə saatlarında “Kalibr” raketləri ilə atəşə tutub.

Qaziler.az bildirir ki, bu barədə  telemarafonun efirində Cənub Müdafiə Qüvvələrinin spikeri Nataliya Qumenyuk və Odessa hərbi administrasiyasının rəhbəri Oleq Kiper  məlumat verib.

Qumenyuk bildirib ki, ruslar gecə saatlarında Qara dənizdə növbətçiliyə çıxan reaktiv daşıyıcıdan “Kalibr” raketləri ilə Odessa bölgəsinə iki dalğada hücum ediblər.

"Düşmən terroru davam etdirir, bu, şübhəsiz ki, taxıl müqaviləsi ilə bağlıdır. Bu gecə işğalçılar Odessa vilayətində taxıl ehtiyatlarını məhv etməyə çalışaraq kənd təsərrüfatı müəssisəsini vurublar", - o deyib.

Düşmən taxıl və kənd təsərrüfatı texnikasının saxlanıldığı terminalı raketlərlə vurubub. Kiperin məlumatına görə, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər.

Partlayış nəticəsində iki nəfər yaralanıb. 

QAZİLER.AZ

Diaspora