Baxmutu on dəfə az itki ilə geri qaytarmaq...- Sırski

Baxmutu on dəfə az itki ilə geri qaytarmaq...- Sırski backend

Hazırda ağır döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut rayonunda artıq Ukrayna müdafiə qüvvələrinin şəhəri öz nəzarətinə qaytara bilməsi üçün hər cür şərait yaranıb.

Qaziler.az bildirir ki,  bu barədə general-polkovnik Aleksandr Sırski BBC-yə müsahibəsində deyib.

“Hazırda bu şəhəri on dəfə az itki ilə geri qaytarmaq üçün hər cür şərait yaranıb".

Generalın sözlərinə görə, hazırda rus qoşunlarının dislokasiyası Baxmutda cəmləşən belə bir yayı xatırladır.

"Və onlar belə bir yarımmühasirədədirlər. Bundan faydalanmamaq olmaz" deyib.

Baxmutun qaytarılmasının nə qədər vaxt aparacağı ilə bağlı sualı cavablandıran Sırski, bilmədiyini, amma “ən qısa zamanda bunu etməyə çalışacağını” deyib.

"Xalqımız bizdən qələbələr gözləyir. Müxtəlif qələbələr, simvolik qələbələr", - deyə hərbçi bildirib.

QAZİLER.AZ

Diaspora