Moskvada 20 yaşlı keçmiş xokkeyçi ordudan yayındığı üçün saxlanılıb

Moskvada 20 yaşlı keçmiş xokkeyçi ordudan yayındığı üçün saxlanılıb backend

Moskvada iyulun 17-də Permin “Molot” klubunun 20 yaşlı keçmiş xokkeyçisi Vladislav Qriqoryev “Moskva Siti” qüllələrindən birinin yaxınlığında hərbi xidmətdən yayındığı üçün saxlanılıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, idmançı polis bölməsinə aparılıb. Vurğulanır ki, bu il aprelin sonunda gəncin hərbi xidmətdən yayınması ilə bağlı cinayət işi başlanıb.

O, payız çağırışına getməli, lakin çağırış vərəqəsini alan kimi qaçıb. Sonra iyulun 11-də həmin şəxs federal axtarışa verilib.

Xokkeyçiyə şamil edilən maddə 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Qriqoryevin özü bu ilin iyununda sosial şəbəkələrdə Rusiyanı tərk etdiyini və gələcəkdə ölkəyə qayıdacağını bilmədiyini bildirib. 

Mənbə bildirib ki, Qriqoryevin atası Permdə  biznesmendir. Xokkeyçinin özü bir neçə il əvvəl naməlum səbəblərdən idmanı tərk edib.

QAZİLER.AZ

Diaspora