2017-ci ildən axtarışda olan, müalicə üçün getdiyi xəstəxanada yaxalanan keçmiş Ege Universitetinin rektoru Prof. Dr. Mustafa Cüneyt Hoşcoşkun FETÖ üzvü olduğu üçün həbs edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, iyulun 3-də müalicə üçün getdiyi Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasında saxlanılan Hoşcoşkun təxminən 2 həftə orada müalicə alıb.
Polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə sövq edilən Hoşcoşkun dövlət ittihamçısı tərəfindən dindirilib. Dövlət ittihamçısı Hoşcoşkunun təsirli peşmançılıq çərçivəsində ifadələrinin yetərli sayılmadığı və 2017-ci ildən bəri qaçdığı üçün həbs edilməsini tələbi edib.
Hakim yenidən ifadəsini aldığı Hoşcoşkunun “FETÖ silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə həbsinə qərar verib.
FETÖ istintaqı çərçivəsində 11 sentyabr 2017-ci ildə Hoşcoşkun haqqında həbs qərarı çıxarılıb.
QAZİLER.AZ