Zelenski Putinlə niyə danışmaq istəmədiyini AÇIQLADI

Zelenski Putinlə niyə danışmaq istəmədiyini  AÇIQLADI backend

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, müharibə sonda diplomatiya ilə bitəcək. Lakin o, Rusiya diktatoru Vladimir Putinlə danışmağa hazır olmadığını vurğulayıb.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, Zelenski  Afrika mediasına müsahibəsində deyib.

"Hər kəs qəbul etməyə hazır idi ki, müharibənin sonu bizim suverenliyimizə hörmətlə, amma yenə də diplomatiya formatında olmalıdır. Sonra Buçaya getdik və kütləvi məzarlıqlar tapdıq. Kim bu manyakla danışmağa hazırdır? Müharibə yenə də diplomatik yolla bitəcək, amma biz bu adamla danışmayacağıq. bağışlayın, amma onun əlləri dirsəyə qədər qana batıb, onunçün heç nəyin fərqi yoxdur”, - Zelenski bildirib.

QAZİLER.AZ

Diaspora