Bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində 7 kv.km ərazini azad edə bilib.
Qaziler.az bildirir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqram kanalında bildirirb.
"İşğalçılar həftənin sonundan ukraynalı hərbçilərini Oskol çayı boyunca sıxışdırmaq üçün Kupyansk istiqamətində fəal şəkildə irəliləyirlər".
Malyarın sözlərinə görə, Baxmut istiqamətində hücum əməliyyatları davam edir.
"Biz ötən həftə ərzində Baxmut ətrafındakı cənub cinahında hər gün irəlilədik. Son bir həftə ərzində əməliyyat (taktiki) vəziyyətin yaxşılaşdırılması və cəbhə xəttinin Baxmut istiqamətində çəkilməsi nəticəsində 7 kvadrat kilometr işğalçılardan ərazi azad edilib”, - deyə o bildirib.
Malyar qeyd edib ki, bu istiqamətdə hücum zamanı işğaldan azad edilən ərazi 31 kv.km-dir.
QAZİLER.AZ