Türkiyənin Hatay vilayətinin Belen ilçəsində yaşayış sahələrinə yaxın ərazidə meşə yanğını başlayıb.
Axar.az-ın yerli mediaya istinadən məlumatına görə, Hatay valisi Mustafa Masatlı bildirib ki, yanğının söndürülməsinə 9 təyyarə, 21 helikopter, 59 yanğınsöndürən maşın və 375 nəfərlik heyət cəlb edilib.
Onun sözlərinə görə, yanğın səbəbindən yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.