Hakan Fidan: Türkiyədə FETÖ-nün belini qırdıq

Hakan Fidan: Türkiyədə FETÖ-nün belini qırdıq backend

"Türkiyədə FETÖ terror, casusluq və mütəşəkkil cinayət təşkilatının strukturunun belini qırdıq".

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Cakartadakı Türkiyə səfirliyində Demokratiya və Milli Birlik Günü ilə bağlı keçirİlən anım tədbirində çıxışında deyib.

"Başda Milli Kəşfiyyat İdarəsi də daxil olmaqla bütün qurumlarımızın cəfakar fəaliyyəti ilə onların yerləşdiyi ölkələrin çoxunda da fəaliyyətlərini sonlandırdıq.

Xarici kəşfiyyat xidmətlərinə işləyən bu xəyanət şəbəkəsi artıq sərbəst bir şəkildə məkrli gündəmə sahib deyil. Bir çox ölkədə FETÖ-nün sözdə təhsil qurumlarının, QHT və ya başqa adlar altında fəaliyyət göstərən qurumlarının fəaliyyətinin dayandırılmasına nail olmuşuq.

Elan edirəm ki, bu gündən sonra da dünyanı FETÖ-ya dar etməyə davam edəcəyik.

Terrorla mübarizəmiz sadəcə FETÖ ilə məhdud deyil. Prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi terrorun hər növü ilə amansız mücadilə bizim qırmızı xəttimizdir. İstər PKK və onun uzantıları olan YPG, istər DAEŞ və digərləri olsun dövlətimizin və millətimizin bütünlüyünə və təhlükəsizliyinə qəsd edən terror təşkilatları ilə mübarizə əsas prioritetimizdir. Ölkəmizi terror bəlasından qurtarmaqda qərarlıyıq", - Türkiyə XİN rəhbəri deyib.

Qeyd edək ki, Hakan Fidan Cakartada ASEAN ölkələrinin XİN rəhbərlərinin iclasında iştirak

 

 

Diaspora