LGBT haqqında verilişlərin müəllifi olan erməni jurnalistin adı terrorçular siyahısına salınıb

LGBT haqqında verilişlərin müəllifi olan erməni jurnalistin adı terrorçular siyahısına salınıb backend

Rosfinmonitorinq jurnalist Karen Şainyanı terrorçular və ekstremistlər siyahısına salıb.

Qaziler.az bildirir ki, Rosfinmonitorinq rusiyalı jurnalist və bloger Karen Şainyanı (Ədliyyə Nazirliyi xarici agentlər siyahısına daxil edib) terrorçu və ekstremistlər siyahısına daxil edib. Onun məlumatları Rosfinmonitoring saytındakı siyahıya əlavə edilib.

“Şainyan Karen Baqratoviç, 1 iyul 1981-ci ildə anadan olub, İrkutsk şəhəri”, - məlumat bazasında deyilir.

Ədliyyə Nazirliyi Şaiinyanı 2022-ci ilin aprelində xarici agent kimi fəaliyyət göstərən KİV-lərin reyestrinə daxil edib. Ondan başqa blogger Yuri Dud, politoloq Yekaterina Şulman və karikaturaçı Sergey Elkin o zaman xarici agent kimi tanınıb.

Karen Şainyan “Kommersant Dengi”, “Snob” və “Vokruq sveta” nəşrlərinin əməkdaşı olub. Sənədli filmlər üzərində də çalışıb. Jurnalist özünün “YouTube” kanalında cari ictimai-siyasi gündəmə aid videolar, eləcə də LGBT mövzusunda videolar dərc edir.

Jurnalistə qarşı cinayət işinin başlanması barədə əvvəllər məlumat verilməyib.

Bundan əvvəl o, Rusiya Dövlət Dumasının bu gün üçüncü yekun oxunuşda qəbul etdiyi cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsini tənqid edib.

Karen Şainyan özünün YouTube kanalında Rusiyadakı LGBT icması, o cümlədən “Gey ilə düz söhbət” şousu və həmçinin siyasət haqqında müxtəlif şoulara ev sahibliyi edir.

2022-ci ilin əvvəlində o, ölkəni tərk edib. 2022-ci il aprelin 15-də Rusiya Ədliyyə Nazirliyi jurnalisti xarici media agentlərinin reyestrinə daxil edib. 

QAZİLER.AZ

 

Diaspora