Türkiyə komandolarını dağ və meşələrinə göndərdi - FOTO

Türkiyə komandolarını dağ və meşələrinə göndərdi - FOTO backend

Dünyanın drd bir yanında hökm sürən istilərlə əlaqədar olaraq Türkiyə yaxın günlərdə temperaturun normadan yuxarı qalxacağı təqdirdə meşə yanğınlarının qarşısını almaq üçün jandarma komando qruplarını Kaz dağlarına və meşələrinə göndərib.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, komando birliklərinin xidmət göstərəcəyi məkanlar 7/24 saat onların nəzarətində olacaq.

Türkiyədə əhəmiyyətli meşə varlığına sahib olan Kaz dağları Balıkəsirdə yerləşir. Bölgdə komando qrupları və Jandarma Asayiş Qrupları həm piyada, həm də avtomobillə çalışacaq, həftənin 7 günü, günün 24 saatı bölgədə təhlükəsizliyin təminatına hazır vəziyyətdə olacaq.

Bundan başqa, jandarmaya aid pilotsuz hava vasitələri (dron) bölgədə uçuşlar edərək, icazəsiz giriş-çıxışları idarə etməcəklər.

QAZİLER.AZ

Diaspora