Belarus Daxili Qoşunlarının komandanı döyüşçülərin hazırlanması üçün "Vaqner" ÖHŞ ilə danışıqlar apardığını bildirib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Belarus hakimiyyəti Daxili Qoşunların döyüşçülərinə müasir döyüş üsullarını öyrətmək üçün "Vaqner"-in rəhbərliyi ilə danışıqlar aparır. "Sputnik Belarus" yazır ki, bunu bu güc strukturunun komandiri və respublika Daxili İşlər Nazirliyinin rəis müavini Nikolay Karpenkov deyib.
Zabitin sözlərinə görə, hərbçilər öz döyüş təcrübələrinə əsaslanan şirkətin bölmələrinin bölüşməyə hazır olduqları hər şeyi öyrənmək istəyirlər.
“Onlar bizimlə birlikdə döyüş hazırlığı ilə məşğul olacaq, əvəzolunmaz döyüş təcrübələrini bölüşəcəklər. SOBr və "Almaz" qrupları (Belarus Daxili İşlər Nazirliyinin antiterror xüsusi təyinatlı bölməsi – red.) bura gəlməkdə davam edəcək”, - Karpenkov bildirib.
QAZİLER.AZ