Severodonetskin ələ keçirilməsinə kömək edən Rusiya agenti saxlanıldı

Severodonetskin ələ keçirilməsinə kömək edən Rusiya agenti saxlanıldı backend

Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları raşistlərə Severodonetski tutmağa kömək edən, sonra isə Zakarpatyedə gizlənən Rusiya Federasiyasının agentini saxlayıb. Şübhəli rus işğalçılarına şəhərin möhkəmləndirilmiş rayonları, atəş mövqeləri və keçid məntəqələri haqqında məlumat verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

"Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat əməkdaşları Ukraynanın bir neçə regionunu əhatə edən çoxmərhələli xüsusi əməliyyat keçiriblər. Kompleks tədbirlər nəticəsində 2022-ci ildə Severodonetsk uğrunda gedən döyüşlər zamanı ukraynalı müdafiəçilərin yerləşdiyi yerləri işğalçı tərəfə "sızdıran" FTX agenti saxlanılıb”, - hesabatda deyilir.

QAZİLER.AZ

Diaspora