Ankarada FETÖ əməliyyatı: 47 həbs qərarı

Ankarada FETÖ əməliyyatı:  47 həbs qərarı backend

Ankara Baş Prokurorluğu FETÖ/PDY-nin Ankara maliyyə strukturuna qarşı apardığı araşdırmalar çərçivəsində 47 şübhəli barəsində həbs qərarı çıxarıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Baş Prokurorluqdan verilən açıqlamaya görə, Terror Cinayətləri İstintaq Bürosunun FETÖ-nün Ankara maliyyə strukturu ilə bağlı apardığı araşdırmada, rabitə vasitələrinin ələ keçirilməsi, qeydlər, fiziki təqiblər və maliyyə analiz hesabatlarının araşdırılması nəticəsində, Təşkilatın iyerarxiyasına daxil olan “maliyyələşdirmə”, “müavinətlərin yığılması”, “hesabların izlənilməsi” “kuryer olmaq”, “yerlə təmin etmək” kimi təşkilati fəaliyyətlə məşğul olduqları müəyyən edilən terror təşkilatının üzvü olan 47 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib”.

Şəhid Polis Məmuru Varol Tosun adlı əməliyyat çərçivəsində Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qruplarının 6 ilde şübhəliləri nəzarətə almağa davam etdiyi bildirilir.

QAZİLER.AZ

Diaspora