Tavriya istiqamətində Ukrayna Silahlı Qüvvələri tərəfindən rekord sayda rus hərbçiləri əsir götürülüb.
Tavriya istiqamətində, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri 19 rus işğalçısını əsir götürüb. Bu, yay mövsümü üçün rekord həddir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Tavriya istiqaməti Müdafiə Qüvvələrinin Birgə Mətbuat Mərkəzinin spikeri Valeri Şerşenin sözlərinə istinadən xəbər verir.
Şerşen qeyd edib ki, rekord sayda məhbus olması düşmənin şəxsi heyətinin mənəvi-psixoloji durumunun aşağı olmasından, onların ruhdan düşməsindən xəbər verir.
QAZİLER.AZ