Müharibənin ədalətli sülhlə başa çatması Ukraynanın NATO-ya daxil olmasına töhfə verəcək - Ərdoğan

Müharibənin ədalətli sülhlə başa çatması Ukraynanın NATO-ya daxil olmasına töhfə verəcək -  Ərdoğan backend

Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatması və ədalətli sülhün bərqərar olması Ukraynanın NATO-ya daxil olmasına töhfə verəcək.

Qaziler.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə istinadən “Anadolu” agentliyi xəbər verir.

“Biz inanırıq ki, ədalətli və davamlı sülh yolu ilə müharibəyə tez son qoyulması Ukraynanın NATO-ya üzvlüyü prosesinə töhfə verəcək”, - o deyib.

Ərdoğan həmçinin əlavə edib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Kiyevin NATO-ya daxil olması prosesinin daha da sadələşdirilməsinə inanır.

QAZİLER.AZ

Diaspora