Türkiyə Mariupol müdafiəçilərinin Ukraynaya qaytarılması ilə bağlı heç bir şərt irəli sürməyib - Səfir

Türkiyə Mariupol müdafiəçilərinin Ukraynaya qaytarılması ilə bağlı heç bir şərt irəli sürməyib -  Səfir backend

Türkiyə Mariupolun müdafiə komandirlərinin geri qaytarılması ilə bağlı Kiyevə heç bir şərt irəli sürməyib.

Qaziler.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

Bodnerin sözlərinə görə,  Ankara bu əməliyyatda maraqlıdır, çünki bu yolla Türkiyə beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir.

Bodnar bunu Ukraynaya qarşı yalnız yaxşı jest hesab etməməyi deyir: “Bu, həm də Türkiyənin Rusiya tərəfi ilə ünsiyyətdə mövqeyinin sərtləşməsidir”, - Bodnar bildirib.

Bodnar həmçinin bildirib ki, komandirlərinazad edilməsı ilə bağlı danışıqlar bir neçə aydır davam edib. Və bu prosesə “bütün diplomatik avanqard” cəlb olundu.

QAZİLER.AZ

 

Diaspora