Belarus Müdafiə Nazirliyinin məlumatına görə, "Vagner" ÖHŞ-in döyüşçüləri Lukaşenkonun təklif etdiyi düşərgələrə gəlməyiblər.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, “Vaqner” özəl hərbi şirkətinin (PMC) döyüşçüləri Belarus prezidenti Aleksandr Lukaşenkonun təklif etdiyi düşərgələrə gəlməyiblər.
Bu barədə Belarus Müdafiə Nazirliyi rəhbərinin müşaviri Leonid Kasinski bildirib.
Bundan əvvəl Lukaşenka xarici jurnalistlərə söz vermişdi ki, Fransa legionunun yerlərini göstərmək şərti ilə "Vaqner" ÖHŞ-in yerləşdiyi düşərgələrin yerini açıqlayacaqlar.
QAZİLER.AZ