18 "Şahed"in əksəriyyəti vuruldu

18 "Şahed"in əksəriyyəti vuruldu backend

Rusiya  bu gecə İranın 18 "Şahed" dronları ilə Ukrayna ərazisinə hücum ediblər. Onlardan 12-si Ukrayna hərbçiləri tərəfindən məhv edilib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir.

Bildirilir ki, iyulun 7-nə keçən gecə Rusiya hərbçiləri Ukraynanın cənub-şərq istiqamətindən (Primorsko-Axtarsk, Krasnodar diyarı) İran dronları ilə Ukraynaya hücum edib.

Onlar ümumilikdə 18 "Şahed" buraxıblar.

Ukrayna  hava hücumundan müdafiə qüvvələrinin zenit-raket qoşunlarının bölmələri, qırıcı təyyarələri və mobil atəş qrupları 12 ədəd “Şahed-136/131” zərbə PUA-nı məhv edib.

QAZİLER.AZ

Diaspora