Türkiyə Müdafiə Sənayesi Nazirliyinin (SSB) təşəbbüsü ilə həyata keçirilən "8x8 Təkərli Konteyner Daşıyıcı Vasitə (DROPS) Layihəsi" çərçivəsində hazırlanan ilk avtomobillər tədarük edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, SSB tərəfindən verilən açıqlamaya görə, Quru Qoşunları Komandanlığının ehtiyaclarını ödəmək üçün başladılan və Koluman AŞ tərəfindən həyata keçirilən "8x8 Təkərli Konteyner Daşıyıcı Vasitə (DROPS) Layihəsi" çərçivəsində hazırlanan ilk vasitələr tədarük edilib.
Açıqlamada Türkiyə müdafiə sənayesi prezidenti Haluk Görgün zirehli texnika, tank və sursatların əməliyyat bölgəsinə daşınması, komanda mərkəzləri və bənzəri strukturların istənilən yerlərə aparılması, zədələnmiş avtomobillərin xilas edilməsi məqsədi ilə hazırlanmış "Derman"ın ilk tədarükünü həyata keçirdiklərini bildirib.
Görgün, "8x8 təkərli, yüksək ballistik qoruma, dik və maili şəraitdə yüksək hərəkət qabiliyyətinə malik avtomobilin Quru Qoşunları Komandanlığımızın sahə gücünə güc qatacağına inanıram və layihədə əməyi olanları təbrik edirəm" dedi.
Layihə çərçivəsində satın alınacaq 70 nəqliyyat vasitəsi, 70 konteyner daşıma platforması, 195 1CC 20 fut konteyner və 40 ZMA/ZPT nəqliyyat platformasının tədarükünün 2023-cü ilin sonuna qədər başa çatdırılması gözlənilir.
QAZİLER.AZ