Kadırov jurnalist və vəkilin döyülməsinə münasibət bildirib - “Araşdırarıq”

Kadırov jurnalist və vəkilin döyülməsinə münasibət bildirib - “Araşdırarıq” backend

Çeçenistan rəhbəri Kadırov jurnalist Milaşina və vəkil Nemova hücumun iştirakçılarının tapılmasını əmr edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, o, bu barədə teleqram kanalında yazıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov ilk dəfə olaraq jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemovun döyülməsinə münasibət bildirib, lakin zərərçəkənlərin adını çəkməyib.

Siyasətçinin sözlərinə görə, respublikanın hakimiyyət orqanları bunu “araşdıracaq”, o, həmçinin Milaşina və Nemova kimin hücum etdiyini öyrənməyi tapşırıb.

Rusiya Ombudsmanı Tatyana Moskalkova da hücuma münasibət bildirib. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin yoxlama aparılmasına dair göstəriş verib.

Çeçenistanın mətbuat naziri Əhməd Dudayev “Qərb kəşfiyyat xidmətlərinin xarakterik dəst-xətti” haqqında danışıb.

QAZİLER.AZ

Diaspora